
Qaraqan`ın Azadlıq Radiosundakı 12 iyul tarixli müsahibəsi.
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

Qaraqan`ın Azadlıq Radiosundakı 12 iyul tarixli müsahibəsi.
Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

HOST rəsmi saytlarından başqa heç bir sayta görə məsuliyyət daşımır. Həmin yalançı\fanat saytlarında yazılanlara girib kimlərinsə marağına işləməyi sizlərə tövsiyyə etmirik.
HOST / Rəsmi İnternet Saytı
www.havaodsutorpaq.com
HOST / Rəsmi Xəbər Portalı
www.qaradaqirmizi.com
HOST / Reinkarnasiya Konserti Promo Saytı
www.reinkarnasiya.com
Qaraqan / Rəsmi Sayt
www.qaraqan.com
Qaraqan / Qısa Qapanma Albomu Promo Saytı
www.qisaqapanma.com
Qaraqan / Bir Milyon Dollarım Olsaydı Kitabı Promo Saytı
www.birmilyondollarimolsaydi.com
AiD / Biz İnsan Deyilik Albomu Promo Saytı
www.bizinsandeyilik.com
PRoMete / Rəsmi Sayt (Blog)
www.pro-mete.com
H.O.S.T / Rəsmi Səhifə
http://facebook.com/havaodsutorpaq
http://twitter.com/havaodsutorpaq
http://myspace.com/havaodsutorpaq
http://flickr.com/havaodsutorpaq
http://youtube.com/havaodsutorpaqTV
http://www.lastfm.ru/music/H.O.S.T
http://vkontakte.ru/club2168059
Qaraqan / Yeganə Rəsmi Səhifə
http://facebook.com/qaraqan
AiD / Biz İnsan Deyilik Albomu Promo Səhifə
http://facebook.com/bizinsandeyilik
AlterEgo H.O.S.T / Yeganə Rəsmi Səhifə
http://facebook.com/alteregoband

DİQQƏT! DİQQƏT!
AiD`in əsgərlik qabağı iştirak edəcəyi SON GÖRÜŞ.
27 İYUN // 13:30 // TV Club (ünvan: H.Aslanov küçəsi – 119, Mango (Köhnə PORTOFİNO)
BİD`i AiD`dən əldə etmək üçün SON ŞANS.
Əlaqə nömrəsi : 050 539 539 2

AlterEgo (H.O.S.T Rock Band) Uralda keçiriləcək böyük rock festivala hazırlaşır. Bunun üçün sizin dəstəyinizə də ehtiyac duyulur. Belə ki qrupun orda iştirakı üçün siz bu linkə tıklayıb açılan pəncərədə “Голосовать за группу” sözünün üzərinə basaraq çıxan pəncərəyə öz mail adressinizi yazmalısınız. Sonra isə info@uralfest.ru mailindən gələn “URALFEST.RU: Подтверждение голосования” bildiriş mesajındakı “ссылку” sözünün üstündə tıklayaraq verdiyiniz səsi təsdiqləməlisiniz. Əvvəlcədən minnətdarlıq!

H.O.S.T qrupunun növbəti böyük layihəsi olan AlterEgo Rock Band 15 iyunda ilk relizini buraxdı. Reliz – beynalxalq festivallarda yüksək pillələrə layiq görülmüş “40-cı qapı” filminə yazılmış musiqi və onun klipindən ibarətdir. Musiqi və klip ilk olaraq qrupun prodüsseri və vokalisti PRoMete’nin saytı olan www.pro-mete.com saytında yayımlanmışdır. Bəstə qrupun ritm gitarçısı Mika’ya, sözlər PRoMete və AiD’ə məxsusdur. Klipin çəkilişləri Şamaxı rayonunda baş tutmuşdur və həmçinin görüntü olaraq “40-cı qapı” filmindəki kadrlardan istifadə olunub.
Klipin heyyəti aşağıdakı kimidir:
Rejjisor: Əsgər Rəhimov
Ssenari: PRoMete
Operator: Mətləb Yaqubov
Menecer: Vüqar 124

AlterEgo [HOST Rock Band]
Hər şey forumların birində yayılan xəbərdən başladı. H.O.S.T qrupu mahnı yazmaq üçün rock ifaçıların axtarışına çıxır. Bu xəbərdən sonra Firus Salamzadə (bas gitara) proyektin nə olduğunu öyrənmək üçün qeyd edilən nömrəyə zəng eləmək qərarına gəlir. Bir neçə gün sonra Firuz H.O.S.T qrupunun üzvü olan PRoMete ilə görüşür. Aralarında gedən müzakirədən sonra, Firuz qrup yığmaq fikrinə gəlir və bir həftə vaxt istəyir. Vaxt gedirdi, amma çox adam qrupda iştirakdan imtina edirdi. Bunu nəzərə alaraq, Firuz gitarada ifa edən dostuna, Mikaya müraciət edir. Uzun danışıqdan sonra, Mika PRoMete ilə görüşməyə qərar verir. Görüş “Buta” studiyasında baş tutur. Mika və Firuz PRoMete`nin fikirləri ilə tanış olduqdan sonra, qrupun yaranmasına dəstək olurlar və işə başlanılır. Birinci hədəf – qalan musiqiçilərin axtarışı idi. Firuz təsadüfən bir qrupun məşqlərində Anar adlı solo gitaristi görür. Firuzun fikrincə Anar qrupa yaraşırdı. Anarnan baş verən söhbətdən sonra, Anar öz razılığını bildirir. Solo və ritm gitara sualı da artıq həll olunmuşdu, yerdə qalan yeganə problem zərb alətləri ifaçısını tapmaq idi. Qrup üzvləri yazılışa başlayırlar və yazılış zamanı drum maşınından istifadə edirlər. Bir neçə ay sonra Firuzun dostu Fəxri əsgərlikdən qayıdır və zərb alətlərdə fəal sürətdə məşqlərə başlayaraq, texnikasını artırır. Bu vaxt qrupa klaviş ifaçısı tələb olunur. Anarın ağlına vaxtında A.Zeynallı adına musiqi məktəbini bitirən dostu Turanı qrupa dəvət etmək fikri gəlir. Və Turan da qrupda fəal məşqlərə başlayır.
O vaxt qrupun tərkibi belə idi:
Mika – ritm gitara / Anar – solo gitara / Turan – klaviş / Fəxri – zərb alətləri / PRoMete – vokal/rep / Firuz – bass gitara
Uzun müddətli albom məşqlərindən sonra, qrupa “40-cı Qapı” adlı filmə soundtrack yazmaq təklifi gəlir. Mikanın bəstəsi ilə mahnı yazılır. AlterEgo qrupu H.Əliyev adına Respublika Sarayında “40-cı Qapı” filminin nümayişinə dəvət alır. Burada qrup iki mahnısını uğur ilə ifa edir: “40-cı Qapı” filminə yazılan soundtrack`i və Alim Qasımovla olan duetlərini. Biraz vaxt keçir. İş ilə əlaqədər yaranan problemlərdən Fəxri məşqləri buraxır və bu qrupun inkişafını ləngidirdi. Bunu nəzərə alaraq, qrup zərb alətləri ifaçısını dəyişmək fikrinə gəlir. Eyni zamanda Elvira adlı vokal ifaçısını tapır və qrup üzvləri onu qrupa bekvokal ifaçısı kimi götürürlər. Çox vaxt keçmir və zərb alətlərinə çoxlu namizəd toplanır. Onların arasından Sabir adlı zərb alətləri ifaçısı seçilir. Qrupda perspektiv görən Sabir, xarakterinə görə qrupu tamamlıyırdı. Qrup fəal sürətdə məşq edir. Qrup ilk işləri kimi internet`ə “40`cı Qapı” adlı musiqilərini və o mahnıya çəkilən klipi buraxır… Onu da qeyd edək ki qrupun rəsmi internet səhifəsi olan www.alterego.az saytı bu günlərdə təqdim olunacaq.
Qrupun indiki tərkibi belədi:
Mika – ritm gitara / Anar – solo gitara / Turan – klavişlər / Sabir – zərb alətləri / PRoMete – vokal/rep / Elvira – vokal / Firuz – bas

HOST`un növbəti solo konserti 13 İyun Gəncə şəhərində baş tutdu. Konsertin girişində hissəsində oxunmuş köhnə treklərdən (İstəmirəm, Propoganda, Mənim Mübarizəm, Qarada Qırmızı) ibərət canlı mix`i sizə təqdim edirik + 10 foto

AiD`in “Biz İnsan Deyilik” albomundan növbəti single`ı sizə təqdim edirik. “Antimental” adlanan bu trek albomun Torpaq janrında olan trekləri siyahısına daxildir.
minus: Vusal Beat Pro / masterin` & mixin` – Vusal Beat Pro