Əli Xəyyam – “Deyil”

“Deyil” demək təkcə inkar etmək, yox etmək, razılaşmamaq deyil, təkcə başqasını axtarmaq, yenidən başlamaq deyil. Həm də başını bulayıb susmaqdı. “Deyil” – “… deyil”dir, amma bu “deyil” nəyə “deyil” deyir, nəyi deyilləyir? Bu, sirr qalır…

“Deyil”-dən bəzi misralar…

“Qurban olum, bərk-bərk geyin, sonra gəl”.
“Bir yataqda yatmaq mühüm deyil əzizim, eyni yuxunu görmək mühümdü”.
“Axı niyə qaranlığıma günəş atıb qaçırsız, Niyə sakitliyimə sataşırsız?”
“Kərpicləri dağıdılmış şəhər kimiyəm bu səhər”
“Bir qələm, bir də kağız tapdım, Tələsiy adını yazıram.”

Əli Xəyyam bu şeirləri deyir, yazmır. Ona görə də bir sıra hallarda o, yazı dili ilə danışmır. Başqa sözlə, demək istəyir məni oxuyarkən, məni eşidin. J.Derridanın “différence” sözünü bilərəkdən yanlış olaraq “différance” yazması kimi.

Ənənəvi dili pozan şairlik ya da filosofluq ədəbi dil normalarını əzbərləyib dilin keşiyində dayanan redaktorluqdan qat-qat yararlı işdir. Pozusuz yazı olmaz.

Əli Xəyyam hayku (hokku) üslubunda yazdığı “Yalnız misralar” yazmaqda da özünü sınayıb. Məsələn,

“Sən gələndə
ağac idim,
Sən getdin
kitab oldum.”

Buyurun, “O”nsuzluqdan doğan şeirlər kitabı.

“Ali & Nino” kitab mağazaları şəbəkəsindən əldə edə bilərsiniz…

This entry was posted in Xəbərlər. Bookmark the permalink.

6 Responses to Əli Xəyyam – “Deyil”

  1. Aydan Razyeva says:

    Kitabin coveri cox orjialdir..Ali ve ninoda bu kitabi gorende coverine,oxuduqdan sonra icindeki sherler vuruldum). en cox sevgiyim sher, ag kagiz uzerinde qara lekeden bashqa bir shey deyil qadin.. cumlesi oldu… Kitabde emeyi kecen her kese teshekkur. Kitabdan 3 dene alib yaxinlarima hediye etdim:) herkes bele etsin.

  2. julyet says:

    MEN BAKIDA DEYILEM,AMA GELEN KIMI QACACAM MAQAZINE((((((( TWK.

  3. Divine says:

    hardadi ki o magaza?

  4. ALEQO says:

    o ne yaxshi host inkishaf edir amma bir neferde host geyiminde olmur bu nece hostculuqdur ?kitabi yazana ugurlar:)

  5. Azik says:

    HOST kutardi getdh .Hostdan yoxdu .AZAD HOSTCULAR gelin yumruqlari qaldiraq .biz inaniqiqki o donecek . .HOST FOREVER . .

  6. i am H.O.S.T_ed says:

    calisharam alim meni cox maraqlandirdi bu kitab

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>